BMT müfəttişlərinin Suriyadakı fəaliyyətindən görüntülər
Sosial şəbəkələrdə BMT ekspertlərinin Suriyanın paytaxtı Dəməşqin şərqində Zamalka qəsəbəsində fəaliyyətini əks etdirən video yayılıb. Videoda əleyhqazda olan ekspertlərin kimyəvi silahla hücum olduğu deyilən ərazilərdən nümunələr götürdükləri görünür. Avqustun 29-da çəkildiyi deyilən videoda ekspertləri Suriya müxalifətinin döyüşçüləri müşayiət edirlər. Reuters agentliyi bu videonu sosial şəbəkələrdən götürüb, amma onun məzmununu başqa mənbələrdən dəqiqləşdirə bilmədiyini yazır.
Arxiv
-
İyun 12, 2025
Müsəlmanların sayı sürətlə artır
-
İyun 12, 2025
ABŞ Yaxın Şərqdə diplomatlarının sayını azaldır
-
İyun 11, 2025
Moskvada çeçenləri söymüş erməni sahibkar həbs olunub
-
İyun 10, 2025
Müxalifət Paşinyanın impiçmentinə nail ola biləcəkmi?