Keçid linkləri

2025, 12 İyun, Cümə axşamı, Bakı vaxtı 14:05

Paşinyandan yeni katolikosun seçilməsi üçün təklif...


Baş nazir Nikol Paşinyan Pasxa bayramı zamanı katolikos II Qareginin əlindəki xaçı öpür.
Baş nazir Nikol Paşinyan Pasxa bayramı zamanı katolikos II Qareginin əlindəki xaçı öpür.

Ermənistan baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin başçısı – hazırkı katolikos II Qareginin əvəzlənməsi və yeni katolikos seçkilərinin təşkili üçün "koordinasiya şurası" yaradılmasını təklif edib. Paşinyan II Qaregini subaylıq andını pozmaqda və uşaq sahibi olmaqda ittiham edərək onu legitim saymadığını bildirib.

Paşinyan Facebook-da paylaşdığı müraciətində deyib: "Hörmətli müqəddəs Erməni Apostol Kilsəsinin inanclı ardıcılları, mən sizdən biri kimi sizə müraciət edirəm. Müqəddəs Eçmiədzin Ana Taxtını azad etmək və yeni katolikos seçkilərini təşkil etmək istiqamətində təsirli addımlar atmalıyıq".

Onun sözlərinə görə, ilkin mərhələdə bu məsələlərin təşkili ilə məşğul olacaq koordinasiya şurası yaradılacaq.

Paşinyan bildirib ki, yaradılacaq koordinasiya şurası Erməni Apostol Kilsəsinin bütün inanclı ardıcılları üçün açıq olacaq. Onun sözlərinə görə, bu şuraya qoşulmaq istəyən şəxslər müəyyən meyarlara cavab verməlidirlər.

Paşinyan deyib ki, adi vətəndaşlar da, din xadimləri də bu şuraya qoşula bilərlər. Din xadimləri üçün isə subaylıq andına sadiqlik əsas şərt kimi irəli sürülür.

Baş nazir ilk 10 üzvü özü təyin edəcəyini, bundan sonra isə şuranın öz daxili qaydaları ilə genişlənəcəyini söyləyib. Paşinyan deyib ki, şuraya qoşulmaq istəyən şəxslər öz məlumatlarını onun e-mail ünvanına göndərsinlər.

Ermənistanda kilsə-Paşinyan gərginliyi böyüyür
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00
3 iyun

Erməni kilsəsi Paşinyanın açıqlamalarını 'biabırçı' sayır

İyunun 2-də Erməni Apostol Kilsəsi baş nazir Nikol Paşinyanın kilsənin ali ruhanilərinə qarşı sərt tənqidlərini qəti şəkildə pisləyib. Baş nazir Paşinyanın fikirləri müxalifət liderləri, tanınmış ictimai xadimlər və çoxsaylı sadə vətəndaşların reaksiyasına da səbəb olub.

Kilsənin ali rəhbəri Katolikos II Qaregin və keşişlər bu "rüsvayçı" kampaniyanın "Kilsənin səsini boğmaq və onun ictimai təsirini azaltmaq" məqsədilə həyata keçirildiyini bildirərək bunu Azərbaycanın Ermənistana qarşı davamlı tələbləri ilə əlaqələndiriblər.

"Erməni kilsəsi üzərinə götürdüyü öhdəlikləri dərk edərək mənəvi xilaskarlıq və milli qorunma missiyasını əzmlə davam etdirəcək, zərərli və dağıdıcı proseslərə qarşı duraraq, dövlətin və millətin ali mənafelərinin, müqəddəs dəyərlərimizin qorunmasını daim həyata keçirəcək", - kilsənin Eçmiədzində keçirilən fövqəladə toplantısından sonrakı bəyanatında bildirilib.

Bu, Erməni kilsəsinin baş nazir Paşinyana qarşı ilk rəsmi reaksiyasıdır. Paşinyan ötən həftə Yerevanda hökumət kabinetinin iclasında kilsəyə və onun din xadimlərinə qarşı sərt ifadələr işlədib.

Sosial media hesabındakı paylaşımlarında isə Paşinyan iddia edib ki, bu din xadimlərinin çoxu subaylıq andlarını pozaraq gizli cinsi əlaqədə olublar və buna görə də bu ruhanilərdən imtina edilməlidir. O, iddiaları ilə bağlı sübut təqdim etməyib.

"Məlum olsa ki, II Qaregin, həqiqətən də, subaylıq andını pozub və övladı var, o, bütün ermənilərin katolikosu ola bilməz", - Paşinyan yazıb.

Baş nazir başqa bir paylaşımında isə bildirib ki, növbəti katolikosun seçimində Ermənistan hökuməti "həlledici söz" sahibi olmalıdır. Ancaq bəzi hüquq ekspertləri bu tələbi qeyri-qanuni adlandırıb və bildiriblər ki, ölkə konstitusiyası kilsənin müstəqilliyinə və dövlətdən ayrı olmasına zəmanət verir.

Kilsənin bəyanatında deyilir: "Kilsə məsələləri kilsə qaydalarına və nizamnamələrinə uyğun olaraq həll olunur, dövlət və siyasi şəxslərin səlahiyyətindən kənardadır".

"Biz aidiyyəti dövlət orqanlarını baş nazirin bu qanunsuz və qısamüddətli siyasətinə son qoymağa çağırırıq. Kilsəni süni gündəmlərə cəlb etməyə və onu əks-fəaliyyətə sövq etməyə ehtiyac yoxdur", –bəyanatda xəbərdarlıq edilib.

Ermənistanın aparıcı müxalifət qruplarının nümayəndələri də Paşinyanın kilsəyə qarşı sərt tənqidlərini Azərbaycanla əlaqələndiriblər. Onlar bildirib ki, bu kampaniya Bakıdan Ermənistandakı kilsəyə yönəlmiş tənqidlərdən sonra başlayıb və Azərbaycan dövlət mediası tərəfindən işıqlandırılıb.

Kilsənin bəyanatında da oxşar fikir yer alıb və qeyd olunub ki, Paşinyanın kampaniyası "müəyyən dərəcədə Azərbaycan təbliğat maşınının erməni xalqına və Erməni kilsəsinə qarşı yönəltdiyi böhtan və yalan ittihamlarla bağlıdır".

Rəsmi Bakı erməni kilsəsinin bu ittihamlarına cavab verməyib. Ancaq ötən həftə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda konfransda çıxışında deyib ki, "erməni kilsəsi xalqını sülhə deyil, revanşizmə kökləyir".

XS
SM
MD
LG