Keçid linkləri

2025, 14 İyun, şənbə, Bakı vaxtı 20:27

Kremlə yaxın media Los-Ancelesdəki etirazları 'vətəndaş müharibəsi' adlandırır


Polis Los-Ancelesin mərkəzində etirazçını saxlayır
Polis Los-Ancelesin mərkəzində etirazçını saxlayır

Kremlə dost şərhçilər və televiziya proqramları bu həftə Los-Ancelesdəki etirazların hər kadrını diqqətlə izləyib və onlardan bəziləri ABŞ-nin yeni "vətəndaş müharibəsi"nin ortasında olduğunu iddia edib.

Dövlətə məxsus "Rossiya-1" telekanalının tanınmış aparıcısı Vladimir Solovyov açıq şəkildə deyib: "Gördüklərimdən zövq alıram". Və zövq alan tək Solovyov deyil.

"ABŞ-də vətəndaş müharibəsinin başlanması münasibətilə təbriklər", - Kreml-tərəfdarı olan televiziya siması Sergey Mardan bildirib. "Təəssüf ki, zarafat edirəm", - o, soyuqqanlıqla əlavə edib.

AzadlıqRadiosunun "Current Time" layihəsinin müxbiri Andrey Çerkasov son bir neçə gündə Rusiya hökumətinə yaxın medianın gündəmini araşdıraraq ABŞ-də genişmiqyaslı xaosun hökm sürdüyünü iddia edən çoxsaylı materiallar tapıb.

"Əslində Los-Ancelesdəki iğtişaşlar kiçik bir ərazi ilə məhdudlaşır, lakin (rusiyalı) təbliğatçılar bunu ümummilli fəlakət kimi qələmə verirlər",- Çerkasov qeyd edib.

İndiyədək yayılan əsas kadrlar, əsasən, Los-Anceles bölgəsində baş verən küçə etirazlarına aiddir. Bu etirazlar ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə tabe olan federal hüquq-mühafizə orqanı Miqrasiya və Gömrük Polisinin (ICE) qeyri-qanuni miqrant şübhəlilərin saxlanması ilə əlaqədar başlayıb.

Kremlin-friendly Media Paint US Protests As 'Chaos' And 'Color Revolutions'
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Los-Anceles meri Karen Bass da daxil olmaqla yerli sakinlər ICE əməliyyatlarının və reydlərinin dayandırılmasını tələb edir.

ICE açıqlayıb ki, iyunun 6-da bir iş yerində 40-dan çox şübhəli qeyri-qanuni miqrantı həbs edib və əlavə olaraq Los-Anceles bölgəsi üzrə ICE və federal əməkdaşlar tərəfindən daha 77 nəfər saxlanılıb. Bu həbs əməliyyatları etirazların əsas səbəbi kimi görünür.

"Bu, miqrantlar şəhəridir. Bu, sizin hüquqi statusunuzu əldə etməyinizə kömək etmək istəyən şəhərdir. Bu, burada olan hər kəsi, nə vaxt gəldiyindən və haradan gəldiyindən asılı olmayaraq, qəbul edən şəhərdir", - mer K.Bass bildirib.

Ancaq Kremlə dost jurnalistlər daha gərgin bir baxış bucağı təqdim edir və bundan da böyük məmnunluq duyurlar.

"Etiraf edirəm ki, mən bütün bunlara görə sevinmədən dura bilmirəm. ABŞ üçün vəziyyət nə qədər pis olsa, bizim üçün bir o qədər yaxşıdır", - S.Mardan "Rossiya-1"in efirində söyləyib.

Çerkasovun da qeyd etdiyi kimi, "ABŞ-dəki narazılıqların alqışlanması Kreml və Kreml-tərəfdarı media üçün adi haldır".

"Nəhayətində bu media orqanları son 20 il ərzində ABŞ-ni öz ölkələrinin əsas rəqibi kimi təqdim edən sorğular hazırlayıb", - Çerkasov xatırladıb.

O əlavə edib ki, Kreml-tərəfdarı çoxsaylı media orqanları Los-Anceles bölgəsini "qiyamət mənzərəsi" (apokaliptik) kimi təqdim edir. Eyni zamanda o qeyd edib ki, ABŞ-dəki bəzi televiziya kanalları da ən azı bəzən oxşar ifadələrdən istifadə edirlər. Məsələn, CBS telekanalının "Face the Nation" proqramının izləyiciləri belə bir xəbər eşidiblər: "ICE-in ölkə daxilində fəallığının artmasından sonra həftəsonu Los-Anceles bölgəsində xaos baş qaldırıb".

ABŞ-nin Kaliforniya ştatında Tramp hökumətinin immiqrasiya siyasətinə qarşı aksiyalar davam edir
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

"Rəngli inqilabın bütün elementləri oradadır".

Çerkasov vurğulayıb ki, Kreml ilə əlaqəli media orqanları ən çox sensasion elementlərə xüsusi maraq göstərir: "Rusiya aparıcıları hər detalın – uçan daşların, tüstünün və rezin güllələrin – dadını çıxarırlar".

"Current Time"nin müxbiri bununla bağlı üç nümunə verir: "Los-Ancelesdə xaos",- "Russia-1" telekanalı elan edib; "Döyüşlər, zorakılıq və təxribatlar", - TVC telekanalının aparıcısı bildirib və "Gərginlik artır", - "Russia-1"in digər bir aparıcısı Los-Ancelesdəki vəziyyəti təsvir edib.

Çerkasov əlavə edib ki, Putin tərəfdarı mediada ənənəvi yanaşmalardan biri də 10 il əvvəl Ukraynanın "Avromaydan" etirazlarının xatırladılmasıdır.

"Sadəcə 2014-cü ilin Kiyev "Maydan"ını yada salın: Ora da müharibə zonasına çevrilmişdi", - Rusiyanın "Vesti FM" radiosunun şərhçisi bildirib.

Çerkasov qeyd edib ki, Los-Anceles etirazlarının arxasında qəsdən planlaşdırılmış təxribatların olduğu iddiası da Kreml-tərəfdarı medianın adi yanaşmasıdır: "Kreml həmişə vətəndaş etirazlarının arxasında xarici dəstək olduğunu irəli sürməyə çalışır".

Rusiya mediası 2003-cü ildə Gürcüstanda "Qızılgül inqilabı" və 2004-cü ildə Ukraynada "Narıncı inqilabı" kimi adlandırılan rəngli inqilabların da ABŞ agentlərinin işi olduğunu iddia edir.

Rusiyanın "Kanal 5" telekanalının aparıcısı Los-Anceles etirazları ilə bağlı fikrini yekunlaşdırarkən deyib: "Rəngli inqilabın bütün elementləri oradadır".

Solovyovun "Solovyov Live" verilişinin qonağı isə bildirib ki, "Bu, (Los-Ancelesdəki etirazlar) öz-özünə baş verməyib".

Qərb mənbələrinə görə, 6 iyundan bəri Los-Ancelesdə təxminən 400 nəfər saxlanılıb, onların arasında 330 qeyri-qanuni miqrant və 157 nəfər hücum və (əməliyyata) maneçilik ittihamları ilə üzləşən şəxslər var. Onlardan biri isə polis zabitinə qarşı qətlə cəhddə ittiham olunur.

XS
SM
MD
LG